Providence Industries Inc.

Welcome to our site

 Süfrəyə düzgün verilmə qaydası.

Süfrəyə düzgün verilmə qaydası.
Şərablar qədim nəcib və gözəl içki hesab olunub, onların içilməsi ilə bağlı isə əsrlərl ərzində ənənə və qaydalar yaranıb.

Şərablardan, onların qeyri-adi məzyyətlərindən, markaların müxtəlifliyindən baş çıxarmaq üçün onları içmək lazımdır.
Amma bu gün nəinki onları içmək və evində bahalı şərab saxlamaq, həm də onlardan başı cıxmaq və bu barədə söhbət etməyi bacarmaq adi işə çevrilib.
Şərabın temperaturu içkinin dadı və ətrini böyük təsir göstərir. Isti otaqda qalmış içkini soyutmaq, 11-12 C temperaturda zirzzəmidə saxlanmış elit qırmızı şərabı isə stola verılməzdən 2-3 saat əvvəl (22 C orta otaq temperaturunda 18C temperaturuna çatması üçün təqribən bu qələr vaxt lazımdır) otağa gətirmək lazımdır.

Butulkanı açırıq.
Bu əməliyyat xüsusilə zərifdir və müəyyən məharət və səriştə tələb edir. Hər bir yaxşı şərab butulkasının ağzı dekorativ qapaqla örtülüb. Onun qeyri-düzqün və ya bacarıqsız açılması butulkaların estetik görünüşünü poza bilər.
Tıxacüstü örtüyü(qapağı) çıxarmaq lazımdır. Bunun üçün iti bıçaqla onu butulkanın boğazının irəli çıxan hissəsinin düz ortasından kəsirlər. Bundan sonra qapağın yuxarı hissəsi asanlıqla çıxır, butulkanın boğazı isə təmiz parça salfet ilə silinir. Daha sonra tıxacı burğunun köməyi ilə çıxarmaq lazımdır. Müxtəlif konstruksiyalı bir neçə burğu mövcüddür. Burğunu tıxaca düz mərkəzindən və şaquli şəkildə burub salırlar. Xırda qırıntıların şərabın içinə düşməsinə yol verməmək üçün tıxacı imkan daxılındə axıradək deşməmək lazımdır. Amma burğunu zəif də burmaq olmaz: bu mütləq təkrar burulub salınmaya gətirib çıxaraq. Açdıqdan sonra butulkanın boğazını yenidən salfetlə silirlər.

Şərab köhnə qırmızıdırsa, butulkada əmələ gələn tanin çöküntüsünü yerindən oynatmamaq üçün xüsusi ehtiyatlılıq tələb olunur. Bax buna görə də, qırmızı şərab butulkasını qabaqcadan, açılmazdan bir və ya daha yaxşı olar ki, üç gün əvvəldən şaquli vəziyyətdə qoymaq lazımdır. Bu halda çöküntü dibə çökür. Qırmızı şərab butulkasının vaxtında şaquli vəziyyətə gətirilmədiyi halda xüsusi “altıqdan” istifadə olunur. Butulkanı onun içinə etiketi üzüyuxarı qoyur, burğunun köməyi ilə tıxacı səliqə ilə çıxarır və “altlığı” butulka ilə birlikdə bərk tutaraq şərabı qədəhlərə süzürlər.

Birinci kim içməlidir.
Restoranda əvvəlcə şərabı onu sifariş edənin qədəhinə süzürlər. Bəyənildikdən sonra şərab stol arxasında oturanların hamısı üçün süzülür. Banket zamanı şərabın dadına somelye baxır (mümkün korlamanın aşkar olanması üçün). əvvəlcə şərab xanımlar, daha sonra cənablar və ən sonda içkini sifariş edən şəxs üçün süzülür.
Şərab qədəhə stol oturanın sağ tərəfində ayaq üstə duraraq süzülür. Butulkanı sağ əllə elə saxlayırlar ki, onun etikrti görünsün. Şəhadət barmağı butulkanın boğazənda olmalidır. Ağ şərab qədəhə onun üçdə ikisi, qırmızı isə yarısınadək tökülür. Ağ şərab butulkasının qədəhin üzərində kifayət qədər yüksəkdə ondan 8-10 santimetr məsafədə tutulduğu halda, ləkələri daha çox problem yaradan qırmızı şərabı süzəlkən yüksək ehtiyatla hərəkət etmək lazımdır. Qırmızı şərab butulkasını qədəhə mümkün qədər yaxxın tutularaq (amma boğazı qədəhin divarına dəyməmək şərti ilə) süzülür.

Nəyə süzülməlidir.
Şərabdan maksimum həzz almaq üçün münasib qədəhlər olmalıdır. Müxtəlif şərab markalırın xüsusiyyətini nəzrə çarpdıraq layiqincə təqdim etməyə qadir çoxsaylı qədəh formaları mövcüddur. Hansı şəraba hansı qədəhin müvafiq olması ilə bağlı dəqiq müəyyən olunmuş qaydalar yoxdur. Qədəh şərabın rəngini görməyə və ondan həzz olmağa imkan verən şəffaf divarlara malik olmalıdır. Qədəhin divarları yuxarıya doğru bir qədər daralsa daha yaxşıdır. Bu ərtin bir yerə toplaşmasına və onun daha yaxşı duyulmasına kömək edir. Qədəhin 4-5 sm hündürürlükdə nazik ayağı olmalıdır, bu zaman şərabın ovucun istisindən qızması baş verməz. Çoxlarının bilmədiyi qayda: şərabla dolu qədəhi yuxarı hissədən deyil, məhs ayağından tutmaq lazımdır, əks halda ətinizin istisi içkiyə ğtürüləcək. Bu halda sizin şərabı lazımi temperaturadək soyutmaq üzrə bütün səyləriniz əbəs olacaq. Qırməzı şərab qədəhləri adətən ağ şərab üçün olanlardan daha iridir.

Nəyi nə ilə içirlər.
Hər bir yeməyə uyğun içki seçilməsinin əsas qaydası dad müvafiqliyidir. Stol üçün şərab seçərkən şəxsi zövqlərdən başqa həmçinin klassik qaydaya riayət etmək lazımdır: şərabın dadı, buketi və tündlüyü xörəyin dad xüsusiyyətlərini tarazlaşdarmalı, onunla həmahəng olmalıdır. Şərabın dadı yeyilən yeməyin dadından üstün olmalıdır. Və əksinə, yeməklərin dadı şərabin dadı və ətrinə zidd olmamalı, onları itirməməlidir. Yani, mürəkkəb dadlar sadə şərablar tələb edir, mürəkkəb şərablar isə sadə yeməklərə ehtiyac duyur: şərab nə qədər zərif olarsa, yemək də o qədər sadə olar.

Translate This Page